Çində kanalizasiya təmizləyici qurğuda baş vermiş partlayış zamanı 17 nəfər xəsarət alıb

Çinin Lyaonin əyalətində kanalizasiya təmizləyici qurğusunda baş vermiş partlayış nəticəsində azı 17 nəfər xəsarət alıb.

SİA “Sinhua” xəbər agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 20:40-da (Bakı vaxtı ilə 16:40) Fusin bölgəsində baş verib. Partlayışın dalğası yaxınlıqdakı binaların şüşələrini də sındırıb. Partlayış nəticəsində ölən olmayıb.

Bildirilir ki, xəsarət alanların hamısı xəstəxanalara yerləşdirilib, onların xəsarətlərinin yüngül olduğu bildirilir.

Hazırda araşdırma aparılır. Partlayışın səbəbi dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...