Ermənistan koronavirus tüğyan edir

Ermənistanda son sutka ərzində 557 nəfər koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 30 min 903-ə çatıb.

Ölənlərin sayı 11 nəfər artaraq 546 olub.

Bu günədək 18 min 709 nəfər sağalıb. Hazırda Ermənistanda 11 min 648 aktiv koronavirus xəstəsi var.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə