Seul şəhərinin bir müddət əvvəl itkin düşmüş meri ölü tapılıb

Seul şəhərinin bir müddət əvvəl itkin düşmüş meri Pak Von-sun ölü tapılıb.

SİA xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya polisinə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, merin cəsədi Seulun Puqaksan parkında aşkarlanıb.

Atasının yoxa çıxdığını polisə onun qızı xəbər verib. Hüquq-mühafizə orqanlarının və meriyanın məlumatına əsasən, Pak Von-sun yerli vaxtla 10:44-də iqamətgahını tərk edib. Merin telefonunun siqnalı sonuncu dəfə paytaxtın şimalında yerləşən Sombuk rayonundakı Hilsansa məbədi yaxınlığında qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə