Moskvada məcburi maska taxmaq rejimi ləğv edilir

İyulun 13-dən Moskvada məcburi maska geyinmək rejimi ləğv ediləcək. “RİA Novosti” xəbər verir ki, bunu Moskva şəhərinin meri Sergey Sobyanin bildirib.

O qeyd edib ki, son günlər gündəlik yoluxma hallarının sayı 834-dən 670-ə enib.

Aradan qaldırılan məhdudiyyətlər arasında tədris ilinin sentyabrın 1-dən başlaması, uşaq düşərgələri və əyləncə mərkəzlərinin fəaliyyət başlaması da var. Avqustun 1-dən etibarən Moskvada teatr və kino-teatrların fəaliyyəti bərpa olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə