Venesuela Amerika təyyarəsini vurdu

Venesuela hərbi qüvvələri narkotik daşınması üçün istifadə olunan və ölkənin hava məkanına qanunsuz daxil olan Amerika təyyarəsini vurub. SİA xəbər verir ki, bu barədə Tvitterdə Venesuela Silahlı Qüvvələrinin Strateji Əməliyyat Komandanlığı məlumat yayıb.

Venesuela hərbçilərinin yayımladığı şəkillərdə vurulan təyyarənin yan nömrəsi görünür - N339AV. Flightradar xidmətinin verdiyi məlumata görə, bu, iyulun 7-də Meksikada - Tolukadan Meksika Yukatan yarımadasının şərq sahilində yerləşən Kosumel adasına uçuş həyata keçirmiş özəl Hawker 800 təyyarəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...