Riqa dumasına növbədənkənar seçkilərin keçiriləcəyi tarix məlum olub

Latviya Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 29-da Riqa dumasına növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

SİA ölkənin sözügedən qurumunun saytına istindən xəbər verir ki, seçkilər Riqa dumasının buraxılması haqqında qanun nəzərə alınmaqla elan olunub. Qərara əsasən, seçki günü məntəqələr yerli vaxtla saat 07:00-dan 22:00-dək açıq olacaq.

Bu il mayın 31-i üçün Riqanın inzibati ərazisində yaşayış yeri üzrə qeydiyyatı olan və ya Riqa inzibati ərazisində əmlaka sahib olan 18 yaşdan yuxarı Latviya və Avropa İttifaqı ölkələrinin vətəndaşları seçkilərdə iştirak etmək hüququna malikdirlər.

Sonuncular seçkilərdə iştirak etmək üçün iyulun 30-dan avqustun 15-dək xüsusi olaraq qeydiyyatdan keçməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə