Toyları təxirə düşən gəlinlərin aksiyası - İtaliyada

İtaliyada toyları koronavirus səbəbiylə gecikən gəlinlər küçəyə çıxıblar.

SİA-nın məlumatına görə, Romaya toplaşan qadınlar hökumət məhdudiyyətləri aradan qaldırmağa çağırıblar.

Toyları koronavirus səbəbindən təxirə salınan namizədlər gəlinlik paltarlarını geyinib şəhərin simvollarından biri olan Trevi Bulağının önündə toplaşıblar.

Əllərində pankartlarla şüarlar səsləndirən namizədlər, hökumətin qərarlarını tənqid ediblər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə