ABŞ-dan Çinə daha bir zərbə - Vəzifəli şəxslərə viza məhdudiyyəti

Rəsmi Vaşinqton xarici vətəndaşların Tibetə girməsini məhdudlaşdıran Çinin vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edib. SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Qeyd olunub ki, viza məhdudiyyətləri Çin hökuməti və Çin Kommunist Partiyasının rəsmilərinə qarşı tətbiq edilib.

ABŞ hökuməti hesab edir ki, Çinin vəzifəli şəxsləri Tibetin regionlarına xarici vətəndaşların getməsinin qarşısını almaq üçün mütəmadi olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirirlər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə