ABŞ-dan Talibana çağırış: “Əl-Qaidə”ylə əlaqələri kəsin”

ABŞ-dan Talibana çağırış: “Əl-Qaidə”ylə əlaqələri kəsin”

ABŞ "Əl-Qaidə" lideri Üsamə bin Ladenin öldürülməsindən sonra Talibana mesaj göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ xarici işlər naziri Hillari Klinton Ladenin öldürülməsinin terrora qarşı mübarizədə önəmli bir addım olduğunu, lakin bu döyüşün hələ sona çatmadığını söyləyib.

 

O, Ladenin öldürülməsinin Talibana "ABŞ və müttəfiqlərini məğlub edə bilməzsiniz" mesajını çatdırdığını və "Əl-Qaidə" ilə əlaqəni kəsərək siyasi proseslərə qatılma variantının olduğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə