“Roskosmos” rəhbərinin məsləhətçisi dövlətə xəyanət iddiası ilə iki aylığına həbs edilib

Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbərinin məsləhətçisi İvan Safronov dövlətə xəyanət iddiası ilə iki aylığına həbs edilib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti (FTX) onu NATO-ya “işləməkdə” təqsirli bilib.

FTX-nin məlumatına görə, Safronov dövlət sirri hesab olunan məlumatları toplayaraq Şimali Atlantika alyansının nümayəndəsinə ötürüb. Söhbət Rusiya ilə hərbi əməkdaşlıq, müdafiə və təhlükəsizlik məsələlərindən gedir.

İstintaq komitəsi ona qarşı “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi qaldırıb, bu ittiham üzrə onu 20 ilə qədər həbs cəzası ilə gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...