Braziliya Prezidenti Jair Bolsonaro koronavirusa yoluxub

Braziliya Prezidenti Jair Bolsonaro koronavirusa (COVID-19) yoluxub.

SİA "BBC"yə istinadla xəbər verir ki, dövlət başçısının ötən gün verdiyi testin nəticələri pozitiv çıxıb. O, yoluxmanın simptomlarının üzə çıxmasından, xüsusən də hərarətinin yüksəlməsindən sonra test verib.

Qeyd edək ki, Braziliyada bu infeksiyaya yoluxma halı artmaqda davam edir. İyulun 6-na olan məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 65 min nəfərdir. Virusa yoluxma sayı 1,6 milyon nəfər təşkil edir ki, Braziliya bu göstərici üzrə ABŞ-dan sonra ikinci yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...