Ərdoğan Nursultan Nazarbayevlə telefonla danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə telefonla danışıb. SİA-nın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsi məlumat yayıb.

Məlumata görə, söhbət əsnasında Türkiyə lideri Elbaşını ad günü münasibəti ilə təbrik edibb, ona cansağlığı və uzun ömür arzulayıb.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər, regional əməkdaşlıq və COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə