Mikael Minasyandan şok - AÇIQLAMA

“Parlamentin spikeri Ararat Mirzoyanın konstitusiya dəyişikliyinə dair imzalayacağı qanun 89+1 nəfərin mühakimə olunması üçün son sübut olacaq”. SİA-nın məlumatına görə, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, bu ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

Onun sözlərinə görə, keçmiş hakimiyyətin üzvlərini konstitusiyanı pozmaqda ittiham edən Baş nazir Paşinyanın özü ölkənin ali qanunlarını onu dəyişdirməklə kobud şəkildə pozur: “Gələcək hökumətdə kim olacağından asılı olmayaraq, 89 deputat və Nikol Paşinyan da, bu ittihamla mühakimə olunacaq”.

Minasyan qeyd edib ki, gələcəkdə təzyiqlərdən və hücumlardan azad olan məhkəmə baş nazir və partiyasından olan deputatları uzun müddətə azadlıqdan məhrum edəcək: “Ölkənin dövlət adlandırılmasını və insanların vətəndaş olma hüququnu bərpa etmək lazımdır. Bu gün baş verənlərlə səssiz qalan və konstitusiya dəyişikliklərini obyektiv qiymətləndirməkdən boyun qaçıran hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar sabah məhkəmə prosesində səssiz qalmalı olacaqlar”.

O, Ermənistan baş nazirini ölkəni fəlakətə sürükləməkdə ittiham edib, habelə Prezident Armen Sarkisyanın özünü hökumət başçısı kimi aparmadığını söyləyib: “Ermənistan Prezidenti Armen Sarkisyan da gələcək məhkumların siyahısına daxil edilə bilər. Bu, çox uğursuz bir reallıqdır, çünki əslində Armen Sarkisyan bacarıqlı bir insandır. Amma o, özünü müstəqil şəkildə apara bilmir. Zənn elədim ki, Armen Sarkisyan Ermənistan üçün fəaliyyət göstərəcək, lakin mən onun Paşinyana xidmət etdiyini görəndə səhv etdiyimi anladım. Prezident qanunsuzluğu dayandırmaq üçün bütün vasitələrə sahib idi, amma heç nə demədi və bu, onun Ermənistana etdiyi ən böyük pislikdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...