Ermənistanda koronavirusa yoluxanların sayı 28 mini keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 28 936 nəfərə çatıb. Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 330 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 491 nəfər koronavirusdan ölüb, 12 143 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə