SEPAHdan sərt bəyanat - Düşmənlərini təhdid etdi

İran ölkənin cənubundakı sahil zolağında yeraltı raket şəhərləri qurub. SİA-nın məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əli Raz Tanqşiri NTV kanalına danışıb.

Komandan bildirib ki, bu şəhərlər Bəsrə körfəzindən Oman dənizinə qədər uzanır: “Düşmənlərimiz onların harada yerləşdiklərini tam olaraq bilmir. Onların kabusu olacağıq. Biz öz sahil zolağımız və adalarımızı qorumaqdan məsuliyyət daşıyırıq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə