Braziliyada koronavirusdan ölənlərin sayı 65 minə çatır

Braziliyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib. Son sutka ərzində daha 26 051 nəfərin virusa yoluxması təsdiqlənib.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəlki gün təxminən 38 min nəfərə COVID-19-a yoluxma diaqnozu qoyulmuşdu.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 1 603 055 nəfər yoluxub. Bu müddət ərzində 64 867 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 602 nəfər olub.

Həmçinin bu günədək 906 286 xəstə müalicə olunaraq sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə