Rusiyada Mi-2 helikopteri sərt eniş etməsi nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb

Rusiyanın Rostov vilayətində Mi-2 helikopteri sərt eniş edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsindən bildiriblər.

Məlumata əsasən, helikopter sərt eniş etməsi nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə xəsarət alıb.

Bildirilir ki, sərt enişə səbəb helikopterin mühərrikinin səradan çıxması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə