Hindistanda fabrikdə baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb

Hindistanın Uttar-Pradeş bölgəsində yerləşən fabrikdə partlayış baş verib.

SİA “Hindustan Times” nəşrinə istinadən bildirir ki, partlayış nəticəsində 7 nəfər ölüb.

Yerli sakinlərin dediyinə görə, təxminən 20-25 nəfər fabrikdə partlayıcı oyuncaq düzəldiblər. Yanğının da bu səbəbdən baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə