COVID-19-a yoluxma halları artıb Səudiyyə Ərəbistanında

İyulun 5-də Səudiyyə Ərəbistanında COVID-19-a yoluxanların sayı 4 min nəfəri keçib. SİA-nın verdiyi məlumata görə, Krallığın Səhiyyə Nazirliyinin məlumatında son sutka ərzində 4128 yoluxma, 56 ölüm faktının qeydə alındığı bildirilib.

Məlumatda qeyd olunub ki, görülən bütün tədbirlərə baxmayaraq, COVID-19-a yoluxanların ümumi sayı 206 min nəfərə çatıb, 1858 pasiyent isə vəfat edib. Krallığın karantin xəstəxanalarında indiyədək 143 min nəfərdən çox insan müalicə olunaraq evə buraxılıb.

Son sutka ərzində Səudiyyə Ərəbistanında ən çox yoluxma halları Ər-Riyadda (360 nəfər) qeydə alınıb. Məkkədə 212, Mədinədə isə 142 nəfər yoluxub. Səhiyyə Nazirliyi əhaliyə toy və yas mərasimlərində bir yerə toplaşmamaq barədə müraciət edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə