İğtişaşlarda 166 nəfər həlak olub Efiopiyada

Bir neçə gündür ki, Efiopiyada davam edən kütləvi iğtişaşlar zamanı 166 nəfər həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Efiopiyanın paytaxtı Əddis-Əbəbə və digər şəhərlərdə baş qaldıran kütləvi etiraz aksiyaları iyunun 30-da musiqiçi və siyasi aktivist 36 yaşlı Haakallu Hundessanın qətli ilə bağlı xəbərin çıxmasından sonra başlayıb.

Polis və nümayişçilər arasında qarşıdurma üç gün davam edib. Yerli hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, qarşıdurmalar nəticəsində 166 nəfər həlak olub, min nəfərdən çox insan həbs edilib. Polis həlak olanların əksəriyyətinin müxtəlif icmaların nümayəndələri arasındakı toqquşmasının qurbanları olduğunu deyib.

Efiopiyanın baş naziri Abiy Əhməd kütləvi iğtişaşları vətəndaş müharibəsinə təhrik kimi qiymətləndirib və bunun qarşısının uğurla alındığını deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...