Rumıniyada koronavirusa yoluxanların sayı 29 min nəfərə çatır

Rumıniyada koronavirusa yoluxanların sayı 28 min 582 nəfərə çatıb.

SİA Rumıniya Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutka ərzində 416 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 1731 nəfərdir, 20 min 800 nəfər isə sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti vətəndaşları sanitar normalara riayət etməyə, məsafə saxlamağa çağırıb. Eyni zamanda xəstələrin sayının artması ilə əlaqədar ölkədə bir çox sahələri əhatə edən fəaliyyət növlərinin hansı zamana kimi bağlı qalması müzakirə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...