Türkiyə HHQ terrorçuların mövqelərinə zərbələr endirib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terrorçularının mövqelərinə zərbələr endirib. SİA-nın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, zərbələr iki F-16 qırıcı təyyarəsi tərəfindən həyata keçirilib. İraqın şimalında Avaşin-Basyan rayonunda müəyyən edilən terrorçuların obyektləri hava zərbələri nəticəsində məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə