Qazaxıstanda koronavirusa yoluxanların sayı 45 mini ötüb

Qazaxıstan ötən sutka ərzində yeni növ koronavirusa daha 1 644 nəfər yoluxub. "Kazinform"a xəbər verir ki, yoluxma hallarının 1 072-si simptomsuzdur.

Yeni yoluxma halları Nur Sultan (71), Almatı (114), Çimkənd (101) şəhərlərində, Akmolinsk (42), Akyubinsk (41), Almatı (117), Atırau (377), Şərqi-Qazaxıstan (152), Jambıl (82), Qərbi-Qazaxıstan (110), Karaqanda (76), Kostanay (52), Qızılorda (37), Mnqistausk (114), Pavlodar (52), Şimali-Qazaxıstan (19), Türküstan (71) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 45 719 nəfər çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...