Türkiyədə son sutka ərzində 1 min 186 yeni yoluxma faktı qeydə alınıb - Fahrettin Koca

Türkiyədə son sutka ərzində 1186 yeni yoluxma faktı qeydə alınıb. SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 17 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 5167, yoluxanlar isə 202 min 284 nəfərə çatıb.

Türkiyədə indiyədək 176 min 965 xəstə sağalaraq evə buraxılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə