Koronavirusun sürətlə yayılmasında sosial şəbəkələrin böyük təsiri var - Bill Qeyts

“Microsoft” korporasiyasının təsisçisi, məşhur milyarder Bill Qeyts koronavirusun sürətlə yayılmasında sosial şəbəkələrin böyük təsirinin olduğu fikrini irəli sürüb. SİA-nın məlumatına görə, Qeyts xüsusilə feysbukun məsuliyyət daşıdığını bildirib.

“ABŞ-da koronavirus feysbuk kimi sosial media platformalarında yayılan yanlış məlumatlara görə sürətlə yayıldı. Təəssüf ki, sosial şəbəkələrdə bunlar baş verir”, - o bildirib.

Qeyts tibbi maskadan istifadə etməyin vacibliyinə də toxunub. Bildirib ki, bəzi insanlar başqalarını yoluxdurmaq riskinə baxmayaraq, maska taxmamağı azadlığın simvolu kimi qəbul edir və bu başa düşülən deyil.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə