Son 24 saatda Pakistanda COVID-19 virusundan 78 xəstə vəfat edib

Son 24 saatda Pakistanda COVID-19 virusundan 78 xəstə vəfat edib və ölənlərin sayı 4 min 473 nəfər olub.

SİA Pakistan mətbuatına istinadən xəbər verir ki, son sutkada virusa 4 min 339 adam yoluxub, belə pasiyentlərin sayı 217 min 809 nəfərə çatıb. Habelə 3 min 892 nəfər sağalaraq evə buraxılıb və sağalanların ümumi sayı 104 min 694 nəfərdir. Ölkənin xəstəxanalarında 108 min 642 nəfər müalicə alır, 2 min 773 xəstənin vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...