Avropa İttifaqına üzv olmayan 14 ölkənin vətəndaşları İsveçə rahat gələ biləcəklər

İsveç höküməti Avropa İttifaqına üzv olmayan 14 ölkənin vətəndaşlarına bu ölkəyə gəlmə məhdudiyyətlərinin yumşaldılmasını elan edib.

SİA xəbər verir ki, bu siyahıya Əlcəzair, Avstraliya, Gürcüstan, Yaponiya, Kanada, Mərakeş, Monteneqro, Yeni Zelandiya, Ruanda, Serbiya, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay daxildirlər.

Qəbul edilən qərara əsasən qeyd olunan ölkələrin vətəndaşları İsveçə hər istənilən məqsədlə daxil ola bilərlər.

Ölkədə xarici qonaqlar üçün heç bir karantin tədbiri tətbiq edilməyib, lakin bütün müsafirlər koronavirusdan qorunma və sağlamlığın təhlükəsizliyi təlimatlarına uyğun sosial məsafəni saxlamalı və müəyyən saatlarda ictimai nəqliyyatdan istifadə etməməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...