"Hazırda 17 fərqli koronavirus peyvəndi klinik sınaq mərhələsindədir" - ÜST

"Hazırda 17 fərqli koronavirus peyvəndi klinik sınaq mərhələsindədir".

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Anna Maria Henao-Restrepo brifinqdə məlumat verib.

O bildirib ki, hazırda dünyada klinik sınaqlarda olan 17 növ vaksinin nəticələri gözlənilir:

“Təcrübə prosesi çox aktiv həyata keçirilməkdədir. ÜST mütəxəssisləri nəticədən asılı olaraq peyvəndlərin effektivliyini qiymətləndirəcək”.

Ekspert əlavə edib ki, bütün bunlara baxmayaraq, hazırda heç bir nəticənin əldə olunmaması səbəbindən koronavirus əleyhinə peyvəndinin nə zaman və nə vaxt hazırlanacağını söyləmək mümkün deyil.

Qeyd edək ki, son aylarda ABŞ, Avstraliya, Çin və bir sıra digər ölkələrin alimləri könüllülər və heyvanlar üzərində müxtəlif növ koronavirus peyvəndlərinin sınaqlarının başlandığını bildiriblər. Alimlərin gözlədikləri nəticələr alınmazsa, sözügedən vaksinlərin gələn ilədək hazır olacağını düşünmək mənasızdır.

Bütün xəbərlər Facebook səhifəmizdə