Donald Trump: "Obamanın doğum sənədinin olmaması müsəlman olduğunun göstəricisidir"

Donald Trump: "Obamanın doğum sənədinin olmaması müsəlman olduğunun göstəricisidir"

Prezident seçkisinə namizədliyini irəli sürən Donald Trump Obama haqqında şok iddialarla çıxış edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Trump Obamanın müsəlman oluğunu bildirib.

 

Dövlət başçısının doğum sənədinin olmamasını sorğulayan Trump qeyd edib ki, bu Obamanın müsəlman olduğunun açıq göstəricisidir: "Bir insanın doğum sənədi niyə olmaz ki? Bu mümkün deyil, ola bilər ki, doğum sənədi var və bu gizlədilir. Səbəbi də məlumdur ki, o sənəddə Obamanın müsəlman olduğu yazılıb".

 

Qeyd edək ik, ABŞ-da 2012-də keçiriləcək prezident seçkilərində namizəd olan məşhur milyarder Donald Trump artıq seçki kampaniyasına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə