Dünyada hazırlanmaqda olan koronavirus vaksinlərinin sayı açıqlanıb

Hazırda dünyada koronavirusa qarşı 141 vaksinin hazırlanması davam edir. SİA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus deyib.

O bildirib ki, bəzi preparatların tam hazır olmasına bir neçə ay qalır.

ÜST rəhbəri qeyd edib ki bu vaksinlərin tam müdafiə etməsinin təminatı olmasa da, təşkilat vaksinlərə ümid bəsləyir.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniya və İsveçin "AstraZeneca" birgə şirkəti və ABŞ-ın "Moderna" şirkətinin vaksin hazırlığının sürətlə getdiyi bildirilmişdi. Bu şirkətlərin məhsulunun yaxın zamanlarda sınaqların ikinci və üçüncü mərhələlərinə keçidi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...