Rusiyada son sutkada 6 556 nəfər virusa yoluxub 2 min nəfərdə simptom yoxdur

Rusiyada son sutka ərzində 6 min 556 nəfər yeni növ koronavirusa yoluxub. SİA xəbər verir ki, bu müddət ərzində virusdan 216 nəfər həyatını itirib, 10 min 281 nəfər isə virusdan sağalıb.

Ölkədə indiyə qədər 654 min 405 nəfər virusa yoluxub. Qeyd olunub ki, son sutka ərzində qeydə alınnan yeni yoluxmalar arasında 2 min 91 nəfərdə ümumiyyətlə virusun heç bir simptomu qeydə alınmayıb.

Paytaxt Moskvada 611 nəfər son saatlar ərzində virusa yoluxub. Bu, aprel ayının 7-dən bu günə qədər qeydə alınan ən az gündəlik yoluxma halıdır.

Qeyd edək ki, bu günə qədər Rusiyada koronavirusdan 9 min 536 nəfər həyatını itirib, 422 min 931 nəfər isə virusdan sağalıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə