Ukraynada 600-dən çox yeni yoluxma qeydə alınıb

Ukraynada 664 yeni koronavirusa yoluxma halı aşkar edilib. Bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, ümumilikdə ölkədə 44 998 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 19 548 nəfər virusdan sağalıb, 1 173 nəfər isə ölüb.

3 270 uşaq və 6 765 tibb işçisinin yoluxduğu da vurğulanıb.

Hazırda ölkədə 24 277 koronavirus xəstəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə