Rusiyada koronavirusdan ölənlərin sayı 9 500 nəfəri keçib

Rusiyada son sutkada koronavirusa 6 556 yoluxma faktı qeydə alınıb. "RİA Novosti” xəbər verir ki, bu barədə Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da ölkədə koronavirus xəstələrinin ümumi sayı 654 405 nəfərə çatıb. İndiyədək virusdan 9 536 nəfər ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə