İraq işğalçı ölkəyə 400 milyon dollar təzminat ödəyəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, İraq 1990-1990-ci illərdəki Körfəz döyüşü ilə bağlı qaldırılan iddialar nəticəsində tələb olunan təzminatı qəbul edib. Belə ki, iddialara görə, Səddam Hüseynin rəhbərliyi döyüş müddətində ABŞ vətəndaşlarını canlı qalxan olaraq istifadə etmişdi. 2010-cu ilin sentyabrında əldə olunan razılığa əsasən, İraq 400 milyon dollar təzminat ödəməyi təsdiqləmişdi. Razılığın qüvvəyə girməsi üçün isə dövlət başçısı Cəlal Təlabaninin təsdiqi gözlənilir.
Bütün bunlarla yanaşı, döyüşdə əsir alınan amerikalılar işgəncə gördüklərini və ac buraxıldıqlarını söyləyiblər.
Qeyd edək ki, İraq tərəfi BM sanksiyalarının qaldırılması məqsədilə bu razılığa gəlmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB