Yaponiya dünyada ən bahalı skripkanı auksiona çıxarır- FOTO

Yaponiya dünyada ən bahalı skripkanı auksiona çıxarır- FOTO
Yaponiyanın "Nippon Foundation" qeyri-kommersiya təşkilatı dünyada ən bahalı skripkanı auksiona çıxarır. SİA-nın "Gramophone" nəşrinə istinadən verdiyi məlumata görə, Antonio Stradivarının hazırladığı "Ledi Blanq" adlı skripkanın qiyməti minimum 10 milyon dollardır.

Bu skripka 2008-ci ildə keçirilən sərgidə məhz bu qiymətə "Nippon Foundation" tərəfindən alınıb. Skripka "Nippon Foundation"un vacib musiqi alətləri eksponatlarından biridir. "Ledi Blanq"-ın satışından əldə olunan vəsait Yaponiyada 11 martda baş verən dağıdıcı zəlzələ və sunamidən zərər çəkənlərə yardım üçün xərclənəcək.

Dünyanın ən bahalı skripkası iyunun 20-də "Tarisl" veb-saytında təşkil olunacaq auksionda satılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə