İyun ayında Ukrayna sularında 100-dən çox insan boğulub

İyun ayında Ukrayna sularında 100-dən çox insan boğulub.

SİA Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, onlardan 30-u yaşı 18-ə qədər olanlardır.

Ukrayna hökuməti əhalini ölkə sularından istifadə edərkən diqqətli olmağa çağırıb.

Boğulma hallarının artmasının səbəbləri əhalinin çimərliklərin qadağan olunan yerlərindən istifadə edilməsi, istirahət edərkən təhlükəsizlik qaydalarına əməl etməməsi, çaylarda sərxoş vəziyyətdə çimmək, havanın küləkli olmasına məhəl qoymamaq və sairdir.

Qeyd edək ki, hər il Ukrayna sularında yüzlərlə insan boğulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...