Türkiyədə istirahət etmək həm təhlükəsiz, həm də sağlıqlıdır - Fəxrəddin Altun
Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyədə istirahət etməyin həm təhlükəsiz, həm də sağlıqlı olduğunu bildirib. SİA-nın məlumatına görə, F.Altun "Twitter" hesabında etdiyi paylaşımda Türkiyənin koronavirus epidemiyası ilə mübarizədə dünyanın ən çox müvəffəqiyyət əldə edən ölkələrindən biri olduğunu vurğulayaraq turizm sektorunda çox ciddi tədbirlər görüldüyünə diqqət çəkib.
Altun "Koronavirus epidemiyası ilə mübarizədə dünyanın ən çox müvəffəqiyyət əldə edən ölkələrindən biri olduq. Həm milli, həm də beynəlxalq səviyyədə mübarizə apardıq. İndi də turizm sektorunda çox ciddi tədbirlər gördük. Hər kəs əmin olsun ki, Türkiyədə istirahət etmək həm təhlükəsiz, həm də sağlıqlıdır", - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB