İsrailin Səhiyyə naziri Yuli Edelstein ölkədə COVID-19-un ikinci dalğasının başladığını açıqlayıb. SİA xəbər verir ki, nazirin sözlərinə görə, bu halda yeni məhdudiyyətlərin tətbiq edilməsinə ehtiyac var.
Bu barədə açıqlamanı İsrailin Səhiyyə naziri rəsmi "Twitter" hesabından elan edib: "Biz yeni növ koronavirusun ikinci dalğasının başlanğıcındayıq, buna görə yeni məhdudiyyətlərin tətbiqinə getməliyik" - deyə, nazir sosial media hesabından etdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiq ediləcəyi müxtəlif yığıncaqlara, şadlıq evlərindəki mərasimlər, yəhudi ibadət yerləri daxil olacaq. O əlavə edib ki, əgər tələblərə əməl edilməsə açıq olan yerlər də qapadılacaq.
Qeyd edək ki, İsrailin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkədə yeni növ koronavirusa yoluxmuş 1 nəfər vəfat edib, 218 yeni yoluxma aşkar edilib.
İsraildə, 25 iyun tarixində 668 yoluxma faktı qeydə alınmış və bu rəqəm ölkiədə 24 saat ərzində qeydə alınan ən çox yoluxma faktı hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB