Əfqanıstanın şərqində baş verən silahlı qarşıdurma zamanı 9 "Taliban" yaraqlısı öldürülüb

Əfqanıstanın şərqində baş verən silahlı qarşıdurma zamanı 9 "Taliban" yaraqlısı öldürülüb

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində baş verən silahlı qarşıdurma zamanı 9 "Taliban" yaraqlısı öldürülüb, 5-i yaralanıb.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, bunu əyalət polis qüvvələrinin Mətbuat katibi Hayatullah Nizami Əhmadzai bildirib.

Onun sözlərinə görə, toqquşmalar yaraqlılar əyalətin Patan rayonundakı nəzarət-buraxılış məntəqəsinə hücum etməsindən sonra baş verib.

“Taliban” hələlik hücumla bağlı hər hansı bir açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə