Putin özünün koronavirus testlərinin nəticələrini AÇIQLADI

Putin özünün koronavirus testlərinin nəticələrini AÇIQLADI

Rusiya prezidenti Vladimir Putin bildirib ki, daimi olaraq koronavirusla bağlı testlər verir. Testlərin hamısının nəticələri mənfi olub. Bu barədə dövlət başçısı “Rossiya-1” telekanalının "Moskva. Kreml. Putin" verilişində deyib.

"Müntəzəm, hər üç-dörd gündə bir dəfə", - deyə prezident testləri tez-tez verməsi barədə suala cavabında bildirib.

Analizlərin nəticələrinin mənfi olub-olmaması bardə suala dövlət başçısı belə cavab verib: "Allaha şükür, hələ ki, bəli".

Bütün xəbərlər Facebook səhifəmizdə