Çin təbiət qarşısında aciz qalıb

Çin təbiət qarşısında aciz qalıb

Tayvan adası yaxınlığında zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 6,2 bal təşkil edib. Tayvan Mərkəzi Hava Bürosunun yaydığı məlumata əsasən, zəlzələnin episentri Taytun rayonundan 195 km cənub-şərqdə qeydə alınıb. Tələfat və dağıntı, həmçinin sunami təhlükəsi barədə məlumat verilmir.

 

Eyni zamanda Çinin mərkəzi hissəsində yerləşən Şansi vilayətində meşə yanğını baş verib. Szinçjun və Yantsyuan şəhərləri sərhədində başlayan yanğının söndürülməsinə 2600 yanğınsöndürən və xeyli sayda texnika cəlb edilib. Alovla mübarizə davam edir. Ölən və xəsarət alanların olmadığı, həmçinin, yanğının yaşayış məntəqələri üçün təhlükə törətmədiyi qeyd olunur. Yanğının ümumi sahəsi və başvermə səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə