Yunanıstanda aviaqəza, 2 nəfər ölüb

Yunanıstanda aviaqəza, 2 nəfər ölüb

Yunanıstanın cənubunda aviaqəza baş verib. SİA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, Meqara şəhərində havaya qalxan kiçik təyyarə Porto Heli şəhəri yaxınlığında dənizə düşüb. Nəticədə, təyyarənin 2 pilotu ölüb. Hadisənin təlim uçuşu zamanı baş verdiyi, pilotların Yunanıstan və Liviya vətəndaşları olduğu qeyd olunur.

 

Hadisə yerində müvafiq işlər görülüb. Qəzanın başvermə səbəbi və təyyarənin markası barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə