ABŞ-da ticarət şəbəkəsinin çeşidləmə mərkəzində baş verən atışmada 2 nəfər həlak olub

ABŞ-da ticarət şəbəkəsinin çeşidləmə mərkəzində baş verən atışmada 2 nəfər həlak olub

ABŞ-ın Kaliforniya ştatında Walmart ticarət şəbəkəsinin çeşidləmə mərkəzində baş verən atışmada 2 nəfər həlak olub.

SİA xəbər verir ki, bu barədə "The New York Times" qəzeti bildirib.

Bundan əvvəl Daily News qəzeti yerli hakimiyyət orqanlarına istinadən bildirib ki, Kaliforniyanın Red-Blaff şəhərində baş verən atışma nəticəsində ən azı 3 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 15:30-da Walmart ticarət şəbəkəsinin çeşidləmə mərkəzində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə