Ermənistanda koronavirusa yoluxanların sayı 23 909 nəfərə çatıb. Erməni KİV-lərii xəbər verir ki, son sutka ərzində 662 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 11 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 421 nəfər koronavirusdan ölüb, 10 577 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB