Afrikada son 24 saat ərzində 11 min nəfər virusa yoluxub

Afrikada son 24 saat ərzində 11 min nəfər virusa yoluxub

Afrika qitəsində yeni növ koronavirusa yoluxanların sayı 362 min 616 nəfərə çatıb. SİA xəbər verir ki, son 24 saat ərzində qitənin müxtəlif ölkə və bölgələrində 11 min 757 nəfər yeni növ koronavirusa yoluxub.

Afrikada ümumi yoluxma sayı 362 min 616 nəfərə çatıb. Pandemiyadan həyatını itirənlərin ümumi sayı isə son 24 saat ərzində 213 nəfər daha artaraq 9 min 317 nəfərə çatıb. Afrikada xəstəlikdən sağalanların ümumi sayı isə 175 mini ötüb.

COVID-19-dan ən çox itki verən Afrika ölkəsi Misirdir. Belə ki, ölkə üzrə 2 min 620 nəfər virusdan həyatını itirib. Afrika üzrə ümumi ölüm hallarının 34 faizi Cənubi Afrikada qeydə alınıb. Seyşel adaları, Eritreya, Uqanda, Namibiya və Lesotoda ölüm hadisəsi baş verməyib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə