ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 2 milyon 532 minə çatıb. SİA xəbər verir ki, 127 min 144 nəfər isə virusdan həyatını itirib, ölkə üzrə 1 milyon 55 min nəfər isə virusdan sağalıb.
ABŞ-dan sonra virusdan ən çox zərbə alan ölkə isə Braziliyadır. Ölkədə 1 milyon 244 min nəfər virusa yoluxub. Onlardan 55 min nəfər virusdan həyatını itirib. Ölkə üzrə, bu günə qədər COVID-19 yoluxmuş 673 min 729 xəstə sağalıb.
Növbəti kritik vəziyyətə malik ölkə Rusiyadır. Belə ki, Rusiyada COVID-19-a yoluxanların sayı 620 min 794 nəfərə çatıb. Ölkə üzrə virusdan 8 min 781 nəfər həyatını itirib, 384 min nəfər isə virusdan sağalaraq evə buraxılıb.
Hindistanda son 24 saat ərzində yeni növ koronavirusa yoluxan şəxslərin sayı 18 min nəfər daha artaraq, 509 minə çatıb. Bu günə qədər virusdan 15 min 689 nəfər həyatını itirib. Ölkə üzrə, 295 min 917 nəfər virusdan sağalıb.
İngiltərədə isə yeni növ koronavirusdan vəfat edənlərin sayı 43 minə çatıb, bu günə qədər COVID-19-a yoluxmuş şəxslərin sayı 309 minə çatıb.
İspaniyada isə ümumi 294 min 985 nəfər virusa yoluxub. Yeni növ koronavirusdan 28 min 338 nəfər həyatını itirib.
İtalyada isə bu günə qədər virusdan 34 min 708 nəfər həyatını itirib. Ölkə üzrə 239 min 961 nəfər virusa yoluxub, 187 min 615 nəfər isə virusdan sağalıb.
Fransada virusa yoluxmuş 29 min 778 nəfər həyatını itirib. Ölkə üzrə virusa yoluxmuş şəxslərin sayı 162 min 936 nəfərdir, COVID-19-dan sağalanların sayı isə 75 min 351 nəfərdir.
Qeyd edək ki, dünya üzrə virusa yoluxanların sayı 10 milyon nəfərə yaxınlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB