Braziliyanın prezidenti xanım Dilma Russeff xəstəxanaya yerləşdirilib. SİA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, dövlət başçısını 30 aprel tarixində uzun sürən ağır qripdən sonra xəstəxanaya aparıblar. Həkimlər isə xanım prezidentin vəziyyətinin stabilləşməsi üçün bir gün daha xəstəxanada qalacağını bildiriblər: " Hazırda bir sıra analizlər aparılmalıdır. Bunun üçün bir gün daha xanım prezident xəstaxanada qalmalıdır".
Qeyd edək ki, xanım Dilma Russeff 2009-cu ildə limfa vəzilərin rakından müalicə olub. Xəstəlik erkən formada aşkar olunduğu üçün xanım prezident tam müalicə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB