ABŞ-ın Nyu Meksiko ştatında əl geli içən 3 nəfər dünyasını dəyişib

ABŞ-ın Nyu Meksiko ştatında əl geli içən 3 nəfər dünyasını dəyişib
ABŞ-ın Nyu Meksiko ştatında 7 nəfər antibakterial əl geli içib, onlardan 3-ü dünyasını dəyişib, 1-i isə ömürlük kor olub. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "KOAT" telekanalı məlumat yayıb. Dövlət Səhiyyə Departamentinə istinadən verilən xəbərə görə, digər 3 nəfərin vəziyyəti ağırdır. Buna səbəb həmin şəxslərin geli metil spirt zənn etmələri olub. Qeyd edək ki, digər ölkələrdə olduğu kimi, ABŞ-da da koronavirus pandemiyası fonunda antibakterial gellər geniş yayılıb. İnsanlar daim olaraq metil spirtindən, eləcə də xüsusi gellərdən virusdan qorunma vasitəsi kimi istifadə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə