Litva Seymi vergi alınmayan sahələrdə gəlirlərin artırılması barədə qanunu təsdiq edib

Litva Seymi vergi alınmayan sahələrdə gəlirlərin artırılması barədə qanunu təsdiq edib
Litva Seymi vergi alınmayan sahələrdə gəlirlərin 50 avro artırılaraq 400 avro məbləğində olmasını təsdiq edib. SİA xəbər verir ki, Litva Prezidenti Qitanas Nausedanın təşəbbüsü ilə irəli sürülən şəxsi gəlir vergisi haqqında qanuna düzəlişlərin lehinə 111 deputat səs verib, bir nəfər isə bitərəf qalıb. Hakimiyyət bir müddət öncə, 2021-ci ilin əvvəlində vergi alınmayan sahələrdən gəliri 400 avroya qaldırmağı planlaşdırmışdı. Lakin Seym, Prezidentin irəli sürdüyü təşəbbüs − fiziki şəxslər üçün standart gəlir vergisi tarifinin dekabr ayının sonunadək 20 faizdən 15 faizədək endirilməsi təklifini qəbul etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə