Rusiyadakı dəhşətli yol qəzasında 3 nəfər hadisə yerində ölüb

Rusiyadakı dəhşətli yol qəzasında 3 nəfər hadisə yerində ölüb

Rusiya Federasiyasının Kazan-Şemordan magistralında beton plitələr daşıyan “KamAZ” markalı yük maşını ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

SİA “Tatar-info”ya istinadən xəbər verir ki, Pestreçinski rayonunda qeydə alınan dəhşətli qəza zamanı ilkin məlumata görə, “KamAZ” qarşıdakı zolağa çıxaraq, qarşıdan gələn “Hyundai” markalı avtomobilə çırpılıb. Avtomobillər yararsız hala düşüb, “Hyundai” iki hissəyə bölünüb.

Hər iki maşının sürücüsü və minik maşınındakı sərnişin hadisə yerindəcə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə